BAKU INSPECTION SOLUTION, müştərilərimizə göstərdiyimiz xidmətlərin həm keyfiyyət həm də sağlam və güvənli icrasını  ən yüksək standartların qorunması üçün yaradılmışdir. Biz inanırıq ki, Qeyri-dağıdıcı üsulla sınaqlar gündəlik həyatda mühüm rol oynayır. Müştərilərə ətraf mühitə təsirlərin qarşısını almaq və ətraf mühitin qorunmasına kömək edirik.

BAKU INSPECTION SOLUTION, mütəxəssizlərin keyfiyyət və təhlükəsizliyə dair öhdəlikləri yerinə yetirilməsini yoxlamaq üçün daxili auditlər həyata keçirir.

 

KEYFİYYƏT … İLK DƏFƏDƏN DOĞRU ETMƏK.

 

Göstərilən xidmətin ən yüksək keyfiyyətini təmin etmək BAKU INSPECTION SOLUTION  şirkətinin  əsas dəyəridir.

Biz inanırıq ki, mühüm avadanlıq və qurğuların keyfiyyətinin təminatı və bütövlüyü ətraf mühitin, ictimai sağlamlığın və həyatın qorunmasında mühüm rol oynayır. Qeyri-dağıdıcı üsulla sınaq sənayesində keyfiyyətli idarəetmənin, ilk növbədə, müştərilərimiz üçün xüsusi keyfiyyət gözləntilərini başa düşməsi və daha sonra bu gözləntiləri yerinə yetirmək və / və ya aşmaq  üçün proaktiv plan hazırlamaq olduğunu anlamış oluruq. Mənasına görə, Keyfiyyətə Nəzarət (KN), Qeyri –dağıdıcı üsulla sınaq məhsulunu və ya xidmətlərini təqdim etmək üçün istifadə olunan proses və prosedurları nəzərdə tutur. Bu, adətən, müştəri ehtiyaclarına və kodlarına cavab verən ekspertlər tərəfindən həyata keçirilir.

QEYRİ-DAĞIDICI ÜSULLA SINAQ (QDÜS) PROSEDURLARI

 Bizim QDÜS prosedur kitabçası ən son yenilənmiş prosedurları ehtiva edir və tətbiq olunan bütün intizam tələblərini əhatə edir. QDÜS prosedurları BIS-in KN sisteminin əsasıdır və müştərimizin yoxlama və kod tələblərini təmin edən nəzarətli və təkrarlanabilən QDÜS tətbiqini təmin edir.

Keyfiyyətin təminatı və keyfiyyətə nəzarət

Daimi olaraq planlaşdırılmış sahə və hesabat yoxlaması aparılır ki, mütəxəssislər öz müştərilərinə, bütün tələbləri qarşılayan və aşan, yüksək keyfiyyətli məlumatlarla təmin etsinlər.

KT və KN işi tək və birlikdə həyata keçirilməlidir ki, QÜDS nəticələrinin müştərilərin keyfiyyət tələblərinə cavab verməsini və ya yerinə yetirməsini təmin etsin.

HƏYATA KEÇİRİLMƏSİ

BIS gördüyü işlərdə ən yüksək keyfiyyət səviyyəsini necə təmin edir?

BÜTÜN PROSESI IRƏLIYƏ APARAN ƏSAS IŞÇILƏRL İŞƏ GÖTÜRÜRÜK

  • Keyfiyyətin bütün texniki aspektlərinə nəzarət etmək üçün “Level 3” ekspertlər
  • QDÜS üçün keyfiyyət proqramımızın tələblərinə cavab verən tam zamanlı auditor
  • Keyfiyyət proqramı tələblərinə riayət olunmasını təmin edən Keyfiyyət Meneceri
  • Ən yaxşı sənaye təcrübələrini təmin etmək üçün ISO 9000 uyğun proqram

 

ƏMƏYİN TƏHLÜKƏSİZLİK MƏDƏNİYYƏTİ

BAKU İNSPECTİON SOLUTİON, hər kəsin bütün qəzaların və zədələnmələrin qarşısını alacağına inanan təhlükəsizlik mədəniyyətini gücləndirir və bütün işçilər təhlükəsiz və sağlam bir iş yerini qoruyacaqlarını bilirlər. İşçilərin, podratçıların, müştərilərin və ictimaiyyətin sağlamlığına və təhlükəsizliyinə ən yüksək ehtiramının təmin edilməsinə sadiqik. İş və iş cədvəli, işin təhlükəsiz şəkildə həyata keçirilməsi qədər vacib ola bilməz.

Şirkətin bütün şöbələri arasında əməkdaşlıq və komanda işi sayəsində, BIS rəhbərliyi şirkətin sənaye standartlarına cavab verməsini və ya yerinə yetiriləmsini və mövcud əmək mühafizəsi və təhlükəsizlik qanunlarına riayət edilməsini  təmin edir.

BAKU INSPECTION SOLUTION supervayzerləri işçilərinin sağlamlığı və təhlükəsizliyi üçün məsuliyyət daşıyırlar. Bura, kadrlara maşın və avadanlıqlara, görülən işlərə və prosedurlara dair düzgün və lazımi təlimlərin verilməsini təmin etmək daxildir. Əməkdaşlarımız iş yerində tətbiq olunan əməyin təhlükəsizlik qaydalarına uyğun işləyərək, həm öz həm də başqalarının sağlamlığı və təhlükəsizliyini qoruyurlar.