Beton, hər növ konstruksiyalarda, tikilinin əsasında istifadə edilən sadə və qarışıq məhluldur. Beton yaratmaqda istifadə edilən aqreqatlar qum və çınqıl, xam su və sementdir. Betonun sıxlığını, hava məzmununu və bərkliyini yoxlamaq üçün, müxtəlif testlər aparmaq olar.
ÇÖKMƏ (KONUS) TESTI
Betonun konsistensiyasi, onun tökülməsini, işlədilməsi və kipləşməsi üçün nə qədər yaxşı olduğunu müəyyən edir. Betonun konsistensiyasını ölçmək üçün istifadə olunan ölçü çökmə adlanır. Tökülmə çox aşağı (axan) və ya çox yüksək (qalın) olduqda konsolidasiya və havan itkisi problemləri baş verə bilər. Çökmə testini yerinə yetirmək üçün qarışdırılan betonun bir nümunəsini götürülür və 2 düym uzunluğu, 8 düym alt hissəsinin diaemetri və 4 düym yuxarı hissəsinin diametri olan açıq konusa yerləşdirilir. Konusun yuxarısında beton düzənnənir, sonra konus qaldırılır və alt hissə tərpənməz qalır. Konusun yuxarı hissəsi ilə çökmüş betonun yuxarı hissəsinin fərqi çökməni bildirir. Bu fərqi göndərilən beton qaiməsindəki çökmə nəticə ilə müqaisə etmək lazımdır ki, betonun konsistensiyasının necə olduğunu təyin etmək mümkün olur.
SIXILMA TESTİ
Sıxılma testi, bərkidikdən sonra betonun gücünü bildirir.Sıxılma testi müxtəlif bərklik səviyyələrində olan beton kub və ya silindr nümunələrini qırmaq üçün lazım olan qüvvəni tədbiq etməklə həyata keçirilir. Betondan bina və ya digər strukturlarda istifadə edildikdə, betonun sıxıkma qüvvəsi Dəmir-Beton üçün Tikinti Məcəlləsi tələblərinə uyğun olmalıdır.
Copyright © 2018 BISBAKU. All Rights Reserved.
Created by Netmedia